Elvin Yunuszadə böyük ehtimalla mövsümün sonunda “Keşlə”dən ayırılacaq.
Bu klubda oynamaq şansı qazanmayan müdafiəçinin müqaviləsi də başa çatır. 29 yaşlı futbolçu ilk növbədə Azərbaycanda özünə klub axtaracaq. Ancaq real təklif olmasa yenidən ölkə xaricinə yollanacaq. Çünki qardaş ölkənin aşağı divizion təmsilçisi “Manisaspor” futbolçuya təklif göndərib. Qeyd edək ki, Yunuszadə qış fasiləsində Şimali Makedoniyanın “Şkupi” klubundan “Keşlə”yə keçib.